Azedu.az

Rusiyada doğum evində körpələrin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

13 Yanvar 2026, 13:50
Rusiyada doğum evində körpələrin ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

Yanvar ayında Yeni il bayramları zamanı Rusiyanın Novokuznetsk şəhərinin 1 nömrəli doğum evində vəfat edən körpələrə ağır bətndaxili infeksiya diaqnozu qoyulub.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, doğum evində 234 doğuş qəbul edilib. Bu dövr ərzində 32 körpə reanimasiya şöbəsinə yerləşdirilib, onlardan 17-sinin vəziyyəti son dərəcə ağır olub. Bu körpələrə ağır bətndaxili infeksiya diaqnozu qoyulub, birində isə ilkin immunçatışmazlığı aşkarlanıb.

Hazırda dörd uşaq intensiv terapiya şöbəsində müşahidə altındadır, daha dörd uşaq isə müalicə üçün Kuzbass Uşaq Klinik Xəstəxanasına köçürülüb.

Qeyd edək ki, daha əvvəl 10 uşağın ölümü barədə məlumat verilmişdi, sonradan isə onların sayının 9 olduğu məlum olub. Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma və səhlənkarlıq əlamətləri üzrə cinayət işi açıb. Məhkəmə-tibbi ekspertizalar təyin edildikdən sonra körpələrin dəqiq ölüm səbəbinin müəyyən edilməsi mümkün olacaq.

11:33

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində 2026-cı ilin yanvarında 10 körpənin ölməsi faktı üzrə araşdırma başlanıb.

AzEdu.az Rusiya mediasına xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən bildirilib.

Körpələrin ölümü ilə bağlı məlumatlardan sonra prokurorluq "Rospotrebnadzor" və "Roszdravnadzor" (Səhiyyə sahəsində federal nəzarət xidməti) mütəxəssislərinin iştirakı ilə müəssisənin səhiyyə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməsi və doğum evində sanitariya-epidemioloji norma və tələblərin icrası sahəsində yoxlamalara başlayıb.

Novokuznetsk şəhəri üzrə istintaq şöbəsində Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə ilkin araşdırma aparılıb.

Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi
Son xəbərlərDaha çox