Yanvarın 12-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kym gu Kang ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.