Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 09:30:00
Bakıda məktəblilər dərsə getməkdə çətinlik çəkirlər - SƏBƏB + VİDEO

Paytaxtın Suraxanı rayonu Dədə Qorqud qəsəbəsinin sakinləri övladlarını məktəbə aparmaqda çətinlik çəkirlər. Səbəb Hövsan yolunun pis vəziyyətdə olmasıdır.

AzEdu.az-ın “Xəzər” TV-yə  istinadən məlumatına görə, yağış yağan kimi yol suyun altında qalır.

Sakinlər bildirirlər ki, bir neçə gün əvvəl yoldakı suyu nasoslarla çəkiblər. Ancaq bu da problemdən çıxış yolu olmayıb. Onlar bir neçə dəfə Zığ bələdiyyəsinə müraciət etsələr də, problem öz həllini tapmayıb.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovun sözlərinə görə, problemdən xəbərdardırlar və əraziyə kanalizasiya xətti çəkiləndən sonra məsələ həll olunacaq.