Azedu.az

Süni intellekt görmə məhdudiyyətli tələbələr üçün müstəqillik təmin edir

Xəbərlər

9 Yanvar 2026, 10:28
Süni intellekt görmə məhdudiyyətli tələbələr üçün müstəqillik təmin edir

Ondokuz Mayıs Universitetində (OMÜ) tətbiq olunan “Süni intellektli görmə məhdudiyyətli köməkçi” layihəsi görmə məhdudiyyətli tələbələrə kampusda müstəqil hərəkət imkanı verir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə vasitəsilə istifadəçilər bina girişindən sinif otaqlarına, bufetlərə və digər məkanlara addım-addım istiqamətləndirilir.

OMÜ Sağlamlıq Elmləri Fakültəsinin Sosial Xidmət ixtisası üzrə 4-cü kurs tələbəsi Seda Arslan bildirib ki, tətbiq sayəsində 4 il ərzində ilk dəfə təkbaşına bufetə gedə bilib:
“Binanın girişindən başlayaraq hər mərhələ dəqiq hesablanıb və heç bir çətinlik yaşamadım. Bu, həyatımda mühüm dəyişiklik yaratdı”.

Layihə gələcəkdə universitetdə təhsil alan bütün görmə məhdudiyyətli tələbələrin kampusa girişdən etibarən müstəqil hərəkət etməsini təmin edəcək.

Zeynəb Tehranlı

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox