Azedu.az

Biri evdə, digəri xəstəxanada doğulan əkizlərlə bağlı atadan açıqlama

Xəbərlər

2 Yanvar 2026, 16:32
Biri evdə, digəri xəstəxanada doğulan əkizlərlə bağlı atadan açıqlama

Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini həyata keçirib.

AzEdu.az xəbər verir ki, Baku TV-nin məlumatına görə, doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Qeyd edilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuşu idarə olunub.

Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunublar. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə (qız) dünyaya gəlib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox