Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-06 16:20:00
Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb

 Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.

AzEdu.az xəbər verir ki,  tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.

E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan - Runik yazı sistemində yazılıb.

İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.

Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək. (report.az)