Azedu.az

Kollecin kompüterləri direktorun evində tapıldı

Xəbərlər

23 Dekabr 2025, 16:06
Kollecin kompüterləri direktorun evində tapıldı

Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və kompüter tapıldığı iddia edilir.

ŞOK XƏBƏR ! Türkiyə və Azərbaycana yeni təhlükə gəlir
Son xəbərlərDaha çox