Alimlər 3I/ATLAS adlı ulduzlararası obyektin Yerə maksimum (ən yaxın məsafədə) yaxınlaşmasından qısa müddət əvvəl qeyri-adi enerji partlayışını qeydə alıblar.
AzEdu.az bildirir ki, bu barədə Yer kürəsinin yaxınlığından uçan obyektləri izləmək üçün birgə müşahidə kampaniyaları təşkil edən "All Day Astronomy" qrupu öz "X" hesabında məlumat verib.
Məlumata görə, Şuman rezonanslarında 25 hers tezliyə malik siqnal aşkar edilib. Bu, kosmik obyektin planetimizə ən yaxın məsafədə yaxınlaşmasının təxmin edildiyi andan 3 saat 20 dəqiqə əvvəl qeydə alınıb.
Paylaşımın müəllifi fikrini ifadə edib ki, vaxtın üst-üstə düşməsi təsadüfi deyil.
"Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla dəqiq üst-üstə düşməsi, mənim fikrimcə, təsadüf çərçivəsindən kənara çıxır", - deyə o yazıb.
Xatırladaq ki, daha əvvəl 3I/ATLAS ulduzlararası obyektinin Yerə ən yaxın məsafədən keçdiyi bildirilib. Kosmik obyektdən Yerə olan məsafə təxminən 269 milyon kilometr olub.