Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
AzEdu.az məsələ ilə əlaqədar TƏBİB-ə sorğu ünvanlayıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 09.12.2025-ci il tarixində saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən bildirilib ki, Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
08:35
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
AzEdu.az xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.