Azedu.az

Azərbaycan dilində bəzi qanunların dili çətindir - Sabir Rüstəmxanlı

Xəbərlər

8 Dekabr 2025, 13:26
Azərbaycan dilində bəzi qanunların dili çətindir - Sabir Rüstəmxanlı

Azərbaycan dilindəki bəzi qanunların dili olduqca çətindir. 

AzEdu.az xəbər verir ki,bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“Məsələn, Təhsil Haqqında Qanunda formal-informal təhsil, distant təhsil, kampus və sair kimi ifadələrə rast gəlinir. Tələbə yurdu desək, olmazmı, gərək kampusmu deyək?” - o əlavə edib.

Xalq şairi süni intellekt ifadəsinin də yanlış olduğunu bildirib.

“Bu ifadə süni intellekt deyil, süni zəka olmalıdır.  Amma təməldən dilimizə özünə bu cür yer elədi və nəticədə yanlış formatda da qaldı. Belə dilimizdə nə qədər söz var…”

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox