Azedu.az

“Mən bu ömrü elə belə yaşadım” - Mahirə Hüseynovanın yubileyindən FOTOREPORTAJ

Müəllimlər və elm adamları

4 Noyabr 2025, 21:57
“Mən bu ömrü elə belə yaşadım” - Mahirə Hüseynovanın yubileyindən FOTOREPORTAJ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında adi bir gün deyildi. Hər küncdə tanış baxışlar, uzun illərin bir yerdə yaşanmış əmək yolu, minnətdarlıq, xatirə və hörmət vardı. 

Bu, sadəcə yubiley yox, ömrün özü haqda söhbət oldu.

Söhbətin qəhrəmanı isə ADPU-nun professoru, dilçi alim, şair və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Mahirə Hüseynova (Nağıqızı) idi.

65 yaş rəqəm kimi sadə görünə bilər, amma onun içində onlarla kitab, yüzlərlə tələbə, minlərlə toxunulmuş qəlb var.

Zal dolu idi. Tələbələrin əlində çiçəklər, müəllimlərin baxışlarında sevgi, həmkarların sözlərində illərin hörməti duyulurdu. Tədbirə millət vəkillərindən tutmuş elm, təhsil və mədəniyyət nümayəndələrinə qədər geniş qonaq heyəti qatılmışdı.

Açılış nitqini universitetin rektoru, professor Cəfər Cəfərov etdi. O, Mahirə Hüseynovanı yalnız alim və pedaqoq kimi deyil, həyatını ADPU-ya bağlamış ziyalı kimi təqdim etdi.

171769

Çıxış edənlər onun alimliyini sadəcə kitablar və tədqiqatlarla deyil, dilə qarşı sevgi ilə dəyərləndirdilər.

171770

171771

171772

Səhnədə sözün izi görünürdü

Tədbirin bədii hissəsi zamanı zal sözlə doldu, amma bu sözlər danışılmadı: oxundu, səsləndi, yaşandı.
Nurəddin Mehdixanlı onun şeirlərini elə söylədi ki, sanki misralar zalın havasında asılı qaldı.
Gülyanaq Məmmədova, Güllü Muradova, Samir Cəfərov, Elnur Zeynalov və digər tanınmış incəsənət xadimləri bədii hissəni öz ifaları ilə bəzədilər.

171773

171774

171775

171776

171777

171778171779

Sonda səhnəyə o qalxdı.

Bu universitetdə olmaqdan qürur duyduğunu dilə gətirib zaldakı hər kəsə təşəkkür etdi.

171780

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox