Azedu.az

Şagirdlər niyə müəllimin sözünə şərtsiz inanır?

3 Oktyabr 2025, 15:56
Şagirdlər niyə müəllimin sözünə şərtsiz inanır?

Evdə desəniz ki, bu kağız ağdır, bəzən uşaqlar inadla deyirlər ki, qaradır. Amma məktəbdə müəllim desə ki, bu kağız ağdır, şagirdlər qeyd-şərtsiz inanırlar. Bəzi müəllimlər şagirdlərin qəlbində xüsusi yer tutur, uşaqlar onları hətta ilahiləşdirir. Ona görə də müəllimin danışığı, davranışı uşaqların hərəkətlərinə birbaşa təsir edir. Məktəbdə və bağçalarda uşaqlar adətən özlərini müəllimlərinə bənzətməyə çalışırlar.

AzEdu.az xəbər verir ki, bu fikirləri jurnalist Cəlalə Nəzəroğlu "Nitq mədəniyyəti və təhsil" podkastında səsləndirib.

“Əgər müəllim şagirdə qarşı sərt danışır, acı sözlər deyirsə və baş verən hadisələrə aqressiv reaksiya verirsə, empatiya azdırsa, uşaq bunu normal qəbul edir və gələcəkdə eyni vəziyyətdə eyni davranışı təqlid etməli olduğunu düşünür.

Müəllim də insandır, xarakteri, temperamenti və danışıq tərzi var. Lakin hər bir peşəkar müəllim sinif otağına daxil olanda özünü yüksək standartlı qəlibdə saxlamalıdır. Belə olduqda xasiyyət, temperament və əvvəlki hadisələrin təsiri minimuma endirilir və tədris prosesinə mənfi təsir göstərmir”, - deyə Cəlalə Nəzəroğlu vurğulayıb.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox