AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.
Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10, Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.
Fəaliyyət coğrafiyası Naxçıvan Muxtar Respublikasını əhatə edən 20 müəllimin siyahısı:
1. Turanə Atakişiyeva – Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
2. Nubar Abdullayeva – Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə Fizika müəllimi;
3. Gülbəniz Musayeva – Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə İngilis dili müəllimi;
4. Ofeliya Cəfərova – Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə Riyaziyyat və İnformatika müəllimi;
5. Xanımzər Baxşiyeva – Şərur şəhər 1 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi;
6. Xalidə Əliyeva – Şərur rayon Zeyvə kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
7. Ləyaqət Ələkbərova – Şərur şəhər 2 nömrəli tam orta məktəbdə Riyaziyyat və informatika müəllimi;
8. Səid Cəfərli – Babək rayon Qahab kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
9. Aytəkin Babayeva – Babək rayon Şəkərabad kənd tam orta məktəbdə ingilis dili müəllimi;
10. Azər Əliyev – Babək rayon Hacıvar kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
11. Xədicə Məmmədova – Ordubad rayon Nüsnüs kənd tam orta məktəbdə İbtidai sinif müəllimi;
12. Əfsanə Əliyeva – Ordubad şəhər Ə.Ağayev adına 3 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
13. Afaq Məmmədova – Culfa şəhər 2 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
14. Gülçöhrə Bayramlı – Kəngərli rayon Qabıllı kənd tam orta məktəbdə İbtidai sinif müəllimi;
15. Tural Məmmədli – Şahbuz rayon Biçənək kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
16. Elçin Nadirli – Sədərək rayon 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
17. Çinarə Süleymanlı – Naxçıvan şəhır Heydər Əliyev adına tam orta məktəbdə Coğrafiya müəllimi;
18. Nahirə Tağızadə – Naxçıvan Qızlar Liseydə Fizika müəllimi;
19. Könül Nəbiyeva – Naxçıvan Qarnizonu tam orta məktəbdə Coğrafiya müəllimi;
20. Dünyamin Ələkbərov – Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi.