132-134 saylı liseyin ibtidai sinif müəllimi Yelena Mehdiyeva vəfat edib.
AzEdu.az xəbər verir ki, bu haqda liseyin “Instagram” səhifəsində paylaşım edilib.
“Məktəbimizin dəyərli ibtidai sinif müəllimi Yelena Azad qızı Mehdiyevanın vəfatı ilə bağlı dərin kədər hissi keçiririk.
Yelena xanım uzun illər ərzində öz peşəsinə böyük sevgi ilə yanaşmış, yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onların ilk müəllimi olaraq yaddaşlarda qalmışdır. Onun zəhməti, qayğıkeşliyi və insanpərvərliyi hər zaman hörmət və ehtiramla xatırlanacaqdır.
Məktəb rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət etsin”, - deyə paylaşımda qeyd olunub.