Azedu.az

Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb

Müəllimlər və elm adamları

23 Mart 2026, 09:12
Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb

Pekin Universitetinin alimləri müəyyən ediblər ki, xroniki böyrək xəstəliklərinin və böyrək çatışmazlığının terminal mərhələsinin yayılmasının artması ortaillik temperaturun yüksəlməsi ilə əlaqəlidir.

AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri "Clinical Journal of the American Society of Nephrology" jurnalında dərc olunub.

Tədqiqatçılar ABŞ-nin müxtəlif bölkrgələrində iqlim şəraitinin böyrək xəstəlikləri ilə əlaqəsini araşdırıblar. Bunun üçün onlar 65 yaşdan yuxarı insanlar arasında diaqnoz qoyulmuş xroniki böyrək xəstəliyi (2005-2019-cu illər) haqqında "Medicare" proqramının məlumatlarından, həmçinin son mərhələ böyrək xəstəliyi statistikasından (2010-2019-cu illər) istifadə ediblər .

Xroniki böyrək xəstəliyi (XBX) böyrəklərin qanı süzmək və orqanizmdən artıq maye ilə maddələr mübadiləsinin tullantılarını xaric etmək qabiliyyətini tədricən itirdiyi haldır.

Təhlil göstərib ki, diaqnoz qoyulmuş XBX-nin yayılmasının təxminən 0.23 faiz bəndi artması, həmçinin 100 min nəfərə düşən son mərhələ böyrək xəstəliyi hallarının sayının artması ortaillik temperaturun 1°C yüksəlməsi ilə əlaqələndirilir.

Bundan əlavə, anormal istilik dövrlərində temperaturla böyrək funksiyasının pisləşməsi arasında əlaqə daha da güclənib. Temperatur həddi nə qədər yüksək idisə və istilik nə qədər uzun davam edirdisə, risk bir o qədər nəzərəçarpacaq dərəcədə artırdı.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr ətraf mühit amillərinin böyrək sağlamlığında mühüm rol oynadığını göstərir. İqlim risklərinin nəzərə alınması profilaktik tədbirlərin hazırlanmasına və ən həssas icmalarda böyrək xəstəliklərinin yayılmasının azaldılmasına kömək edə bilər.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox