Azedu.az

Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR

Müəllimlər və elm adamları

21 Mart 2026, 12:28
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR

Hövsan qəsəbəsində yerləşən 118 saylı orta məktəbdə son 5 ildir müəllim kimi fəaliyyət göstərən Pərvanə Abbasova iki uşaq anası idi.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, o, kollec təhsilli olsa da, bütün çətinliklərə rəğmən ali təhsil almaq üçün hazırlaşır, hüquq sahəsində oxumağı arzulayırdı.

Həmkarlarının sözlərinə görə, Pərvanə Abbasova savadlı, sakit və yüksək tərbiyəsi ilə seçilən bir insan olub. Şagirdləri tərəfindən sevilən müəllim, kollektivdə heç kimlə problemi olmayan, işinə məsuliyyətlə yanaşan biri kimi tanınıb.Onun biri qız, biri oğlan olmaqla iki övladı var. Hər iki uşaq məktəbdə təhsil alır və savadlı şagirdlər kimi fərqlənirlər. Qızı 8-ci, oğlu isə 7-ci sinifdə oxuyur.

Bildirilir ki, son vaxtlar imtahan hazırlıqları ilə əlaqədar daha çox həyəcan keçirirmiş. Buna baxmayaraq, məqsədlərindən vaz keçmir, arzularına doğru irəliləməyə davam edirmiş.Ailəsinə yaxın şəxslərin dediyinə görə, onun şəxsi həyatında müəyyən çətinliklər olub, həyat yoldaşının psixoloji problemlərinin olduğu qeyd edilir.

Qeyd edək ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətməkdə qadının həyat yoldaşı, 43 yaşlı Vasif Zahid oğlu Abbasov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunan hadisə üzrə araşdırmalar davam etdirilir.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox