Azedu.az

Bakıda qadın müəllim qətlə yetirilib: əri saxlanıldı - YENİLƏNİB

Müəllimlər və elm adamları

21 Mart 2026, 10:14
Bakıda qadın müəllim qətlə yetirilib: əri saxlanıldı - YENİLƏNİB

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Suraxanı rayon prokurorluğunun məlumatında bildirilib. 

İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi olub.
Saxlanılan Vasif Abbasovun onun əri olduğu deyilir.

 

09:22

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Vasif Zahid oğlu Abbasov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox