Azedu.az

Musiqi müəllimlərinin 77 %-i orta ixtisas təhsillidir

Müəllimlər və elm adamları

18 Mart 2026, 12:14
Musiqi müəllimlərinin 77 %-i orta ixtisas təhsillidir

Azərbaycanda dərs deyən musiqi müəllimlərinin 77 %-i və ya 9 287 nəfəri orta ixtisas təhsillidir.

AzEdu.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir müşaviri qeyd edib ki, ali təhsilli müəllimlərin ixtisas üzrə payı 14 % və ya 1 720 nəfər təşkil edir:

"Ali təhsilli, lakin ixtisas üzrə olmayan müəllimlər 4 %, yəni 467 nəfər, tam orta təhsilli müəllimlər 3 %, yəni 435 nəfər, orta ixtisas təhsilli, lakin ixtisas üzrə olmayanlar isə 2 %, yəni 242 nəfər təşkil edir".

C.Valehov bildirib ki, Bakı şəhəri üzrə müəllimlərin təxminən yarısı ali təhsilli, digər regionlarda isə orta ixtisas təsilli müəllimlər üstündür.

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox