Azedu.az

Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir

Müəllimlər və elm adamları

18 Mart 2026, 11:29
Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir

“Təhsilverənlərin bilik və bacarıqlarının müəyyən edilməsi zəruridir”. 

AzEdu.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.

“İlkin araşdırmalarımız göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də Mədəniyyət Nazirliyi sistemində uzun müddətdir ki, həyata keçirilməyən bilik və bacarıqların ölçülməsi prosesinə başlamaq önəmli idi. Bunu attestasiya ilə müəyyən etmək mümkün idi. 

Biz bu qayda ilə keçən ildən başlayaraq attestasiya prosesini təşkil etmiş olduq. Ölkədə ilk dəfədir bu həcmdə attestasiya prosesi təşkil olunur. Attestasiya prosesi ümumi 12 min təhsilverəni əhatə edir. Bunu biz iki yerə bölmüşük. Keçən il musiqi və incəsənət məktəbləri üzrə 4 min təhsilverənin attestasiyası həyata keçirilib. Bu il üzrə 8 min təhsilverənin bilik və bacarıqlarının yoxlanılması həyata keçirliməkdədir. Məqsəd müəllimlərimizin bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyən etməkdir”, - nazir qeyd edib.

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox