Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.12.2025-ci il tarixli qərarı ilə Qasımov Ramiz Asəf oğluna filologiya elmləri doktoru elmi dərəcəsi verilib.
Bu barədə AzEdu.az-a Ali Attestasiya Komissiyasından məlumat verilib.
Belə ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Asəf oğlu Qasımova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 dekabr 2025-ci il tarixli qərarı ilə 5715.01- Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilib.