Azedu.az

Alimlər Yer kürəsinin yaşını qurğuşun vasitəsilə müəyyən ediblər

Müəllimlər və elm adamları

8 Mart 2026, 09:20
Alimlər Yer kürəsinin yaşını qurğuşun vasitəsilə müəyyən ediblər

Alimlər Yer kürəsinin yaşının əvvəllər düşünüləndən xeyli çox olduğunu uran və qurğuşun elementlərinin köməyi ilə müəyyən ediblər.

AzEdu.az "IFLScience" portalına istinadən xəbər verir ki, radioaktiv uran zamanla qurğuşuna çevrilir və bu proses süxurların yaşını dəqiq hesablamağa imkan verir.

Tədqiqatçılar, xüsusilə sirkon kristallarında uran və qurğuşun nisbətini analiz edərək süxurların formalaşma vaxtını müəyyənləşdiriblər. Bu üsul Yer kürəsinin yaşını daha dəqiq hesablamağa imkan verib.

Nəticədə alimlər planetimizin yaşının təxminən 4.54 milyard il olduğunu müəyyən ediblər.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox