Xəbər verdiyimiz kimi, Türkiyədə məktəbdə baş verən bıçaqlı hücum nəticəsində həyatını itirən biologiya müəllimi Fatma Nur Çelik üçün vida mərasimi keçirilib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, faciəli şəkildə öldürülən müəllimin dəfn mərasimi doğulduğu Konya şəhərində baş tutub.
Mərasim zamanı ən təsirli anlar isə müəllimin ailəsinin yaşadığı kədər olub. Çelikin 11 yaşlı oğlu Kemal anasının tabutuna sarılaraq onunla vidalaşıb. Balaca oğlun anasının tabutunu qucaqlayaraq ağlaması mərasimdə iştirak edənləri göz yaşlarına boğub.
Mərasimdə müəllimin anası Rukiye Çelik də qızının tabutu başında güclə ayaq üstə dayanıb. O, böyük əzab içində qızını son mənzilə yola salıb.
Vida mərasimində dövlət rəsmiləri, müəllimin ailə üzvləri, yaxınları və həmkarları da iştirak ediblər. Hər kəs gənc müəllimin faciəli ölümü səbəbilə dərin kədər yaşadığını bildirib.