Azedu.az

Virus və allergiyadan eyni vaxtda qoruyan vaksin hazırlanıb

Müəllimlər və elm adamları

5 Mart 2026, 09:34
Virus və allergiyadan eyni vaxtda qoruyan vaksin hazırlanıb

Amerikalı alimlər orqanizmi eyni vaxtda müxtəlif respirator təhlükələrdən — virus infeksiyalarından, bakteriyalardan və allergenlərdən qoruya bilən eksperimental vaksin hazırlayıblar. Preparat burun (nazal) spreyi şəklində tətbiq olunur və immun sistemini stimullaşdırmaqla təsir göstərir.

AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələrdə vaksinin üç dozası üç ay ərzində SARS-CoV-2 və digər koronaviruslardan qorunmanı təmin edib. Eyni zamanda peyvənd olunmamış siçanlarla müqayisədə heyvanların ağciyərlərində virus yükü təxminən 700 dəfə az olub. Bundan başqa, vaksin immun cavabı sürətləndirib, yəni, əgər adaptiv immunitet viruslara adətən təxminən iki həftədən sonra reaksiya verirdisə, peyvənd olunmuş heyvanlarda qoruyucu reaksiya artıq üç gün sonra formalaşmağa başlayıb.

Əlavə testlər vaksinin bakterial infeksiya risklərini də azaltdığını göstərib. Vaksin heyvanları xüsusilə də “Staphylococcus aureus” və “Acinetobacter baumannii” bakteriyalarından qoruyub. Bu bakteriyalar tez-tez xəstəxanadaxili infeksiyalara səbəb olur və antibiotiklərə yüksək davamlılığı ilə seçilir.

Gözlənilməz nəticələrdən biri allergik reaksiyanın zəifləməsi olub. Toz gənələrinin təsirinə məruz qalan peyvənd olunmuş siçanlarda astma əlamətləri, yəni, tənəffüs yollarının iltihabı və selik ifrazının artması xeyli zəif olub. Hələlik tədqiqatlar yalnız heyvanlar üzərində aparılıb və növbəti mərhələdə insanlar üzərində klinik sınaqların keçirilməsi planlaşdırılır.

Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi
Son xəbərlərDaha çox