Azedu.az

Son 3 ildə pedaqoji ixtisaslara maraq artıb - STATİSTİKA

Müəllimlər və elm adamları

5 Mart 2026, 10:14
Son 3 ildə pedaqoji ixtisaslara maraq artıb - STATİSTİKA

2024-2025-ci tədris ilində Muxtar Respublikanın ümumtəhsil müəssisələrini bitirən məzunlar Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, ölkənin nüfuzlu universitetlərinə də qəbul olunublar. Tələbə adını qazanan 1861 məzundan 591-i pedaqoji profilli ixtisasları seçib. Onlardan 88 məzun 500-700 bal intervalında nəticə göstərib.

Bəs son 3 ilin statistikası necədir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2022-2023-cü tədris ilində tələbə adını qazanan 1605 məzundan 422-si pedaqoji profilli ixtisasları seçib:

"Onlardan 23 məzun 500-700 bal intervalında nəticə göstərib. 2023-2024-cü tədris ilində tələbə adını qazanan 1756 məzundan 419-u pedaqoji profilli ixtisasları seçib. Onlardan 47 məzun 500-700 bal intervalında nəticə göstərib".

Statistikaya əsasən, son üç ildə Muxtar Respublikanın məzunları arasında pedaqoji ixtisaslara maraqda artım müşahidə olunur.

Xüsusilə 2024-2025-ci tədris ilində həm pedaqoji ixtisası seçən məzunların, həm də 500-700 bal intervalında nəticə göstərənlərin sayının əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması diqqəti cəlb edir. Bu da regionda müəllimlik peşəsinə marağın gücləndiyini göstərir.

Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi
Son xəbərlərDaha çox