İstanbulun Çekmeköy rayonunda çalışdığı liseydə şagirdinin hücumuna məruz qalan müəllim Fatma Nur Çelik həyatını itirib.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Baş vermiş faciəli olaydan sonra məktəblərdə təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Təhsildə zorakılığa etiraz olaraq həmkarlar ittifaqları birgə mövqe nümayiş etdiriblər.
Belə ki, İstanbul üzrə bütün məktəblərdə 1 günlük iş dayandırma aksiyası keçirmək qərarı aldıqlarını açıqlayıblar.
Türkiyənin Təhsil Nazirliyi hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını bəyan edib. Nazir Yusuf Tekin təhsil ictimaiyyətinə başsağlığı verib.