Süni intellekt sistemləri sürətlə təkmilləşsə də, alimlər onların təhlükəsizlik və etik qərarvermə baxımından geri qaldığını bildirirlər.
AzEdu.az xəbər verir ki, bu barədə "Phys.org" portalında dərc olunan məqalədə bəhs edilir.
Tədqiqatçılar vurğulayırlar ki, süni intellekt modellərinin yalnız performans göstəriciləri ilə qiymətləndirilməsi kifayət deyil.
Onların fikrincə, mövcud sistemlər mürəkkəb tapşırıqları yerinə yetirsə də, qəbul edilən qərarların sosial və uzunmüddətli nəticələrini lazımi səviyyədə dəyərləndirmək qabiliyyətinə malik deyil.
Alimlər yeni "yol xəritəsi" təqdim edərək süni intellektin inkişafında üç əsas istiqaməti önə çəkiblər: qərarların izah oluna bilməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi və etik standartların tətbiqi.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu prinsiplər nəzərə alınmazsa, süni intellektin geniş tətbiqi gələcəkdə gözlənilməz və arzuolunmaz nəticələrə səbəb ola bilər.