Azedu.az

Müəllimlər 65 yaşından sonra da işləyə bilər - TƏKLİF

Müəllimlər və elm adamları

27 Fevral 2026, 09:46
Müəllimlər 65 yaşından sonra da işləyə bilər - TƏKLİF

Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə bildirib.

Deputat deyib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir: “Eyni zamanda regionlarda müəllim çatışmazlığı var. Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. İstənilən halda bu sahədə çatışmazlıqlar var".

(mənbə: APA)

TƏCİLİ! Gecə döyüşlər başladı - İslam dövlətinə hücum
Son xəbərlərDaha çox