Azedu.az

Fiziki tərbiyədən sertifikasiya sualları - NÜMUNƏ 

Müəllimlər və elm adamları

25 Fevral 2026, 15:56
Fiziki tərbiyədən sertifikasiya sualları - NÜMUNƏ 

“Hesab edirəm ki, hər bir müəllim tədris etdiyi fənnin nəzəriyyəsini və metodikasını dərindən, sistemli şəkildə bilməlidir. Çünki bu biliklər səthi mənimsənildikdə fiziki tərbiyə dərsinin düzgün qurulması mümkün deyil”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən fiziki tərbiyə fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil olunan vebinarda Asəf Mehdiyev səsləndirib.

Qeyd edək ki, Asəf Mehdiyev Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub. O, həmçinin Baku 2015 Avropa Oyunlarının finalçısıdır və Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir.

"Məzmun sahəsi üzrə sualların bölgüsü ilə bağlı məlumat verilib. İmtahanda informasiya təminatı və nəzəri biliklər üzrə 30, hərəki qabiliyyətlər üzrə isə 20 sual təqdim olunur. İnformasiya təminatı və nəzəri biliklər üzrə 30 sual dedikdə nə nəzərdə tutulur? Qısa şəkildə desək, çərçivə sənədlərinə baxdıqda, hərəki qabiliyyətlər istisna olmaqla, sənəddə əks olunan bütün mövzular bu hissəni əhatə edir”.

 

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox