Azedu.az

Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB

Müəllimlər və elm adamları

13 Fevral 2026, 12:15
Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimin son vəziyyəti məlum olub.

AzEdu.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) hələ ki, evə buraxılmayıb:

"Belə ki, müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir".

Qeyd edək ki, hadisə fevralın 6-da baş verib, şagird polis tərəfindən saxlanılıb və fakt üzrə cinayət işi açılıb.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox