Azedu.az

İbtidai siniflərdə musiqi dərsliyində nəzəriyyə olmayacaq

Müəllimlər və elm adamları

11 Fevral 2026, 17:57
İbtidai siniflərdə musiqi dərsliyində nəzəriyyə olmayacaq

Musuqi dərsliyində musiqi nəzəriyyəsi öyrədilməməlidir.

AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin dərsliklərin hazırlanmasında rəy verməsinin əhəmiyyətindən danışıb.

"Hazırda bir neçə dərslik,fənlərin kurikulumu işlənilir. Yəqin ki, bu il, yaxud gələn il yekunlaşdırılacaq. Və bundan sonra bütün dərsliklər yenidən təkmilləşdirilib dəyişdiriləcək. O ki, qaldı musiqi dərsliklərinə mən də məlumatlıyam ki, o dərsliklərdə kifayət qədər mürəkkəb məqamlar var.

Amma o 10-15 il bundan əvvəl qabaq yaradılmış dərsliklərdir. İbtdai siniflərdə notların öyrədilməsinə mənə elə gəlir ki, ehtiyac yoxdur. Amma, məsələn, musiqi alətlərin tanınması,musiqi zövqünün formalaşması, musiqi janrların biri-birindən fərqləndirilməsi və s. diqqət etmək olar. Ümumiyyətlə elə fənlərimiz var ki, orada milli komponentlər güclü olmalıdır. Azərbaycan dili, tarix o cümlədən təsviri incəsənət və musiqi".

Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər!
Son xəbərlərDaha çox