Azedu.az

Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir

Müəllimlər və elm adamları

11 Fevral 2026, 17:10
Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir

Çalışırıq ki, dərslik müəllifləri həm orta, həm də ali məktəbdə tədris təcrübəsinə malik olsun.

AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin dərsliklərin hazırlanmasında rəy verməsinin əhəmiyyətindən danışıb.

O qeyd edib ki, müəllif seçimində diqqət yetirilən əsas meyarlardan biri onların həm orta, həm də ali məktəbdə dərs deməsidir:

“Riyaziyyat fənnini götürsək, müəlliflərimizdən 5 nəfərdən 3-ü həm orta, həm də ali məktəbdə dərs deyir. Onlar kifayət qədər savadlı müəlliflərdir və bu prosesdən məlumatımız var. Aşkar bir faktdır: yaxşı bildiyin şeyi yaxşı öyrədə bilərsən, bilmədiyini isə öyrədə bilməzsən. Riyaziyyat, fizika kimi fənləri şagirdə öyrətmək üçün müəllim həmin fənni dərindən mənimsəməlidir.

Pedaqoji ixtisasların mənimsənilməsi məsələsində isə ali məktəblərdə ciddi işlər gedir. Məlumatımıza görə, ali məktəblər toplaşaraq pedaqoji ixtisasların məktəb proqramına uyğunlaşdırılması üçün yeni kurikulumlar hazırlayırlar. Pedaqoji fənlərin yükünün artırılması və ənənəvi yanaşmalardan kənara çıxmaqla müasir texnologiyaların məktəblərdə tətbiqi istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində proqramların tamamilə yenilənməsi üzrə sürətli işlər aparılır”.

Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər!
Son xəbərlərDaha çox