Dərsliklər təhsil texnologiyasını özündə əks etdirən resurslardan biridir
AzEdu.az xəbər verir ki, bu fikri Təhsil Tv-nin “Təhsil saatı" verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev qeyd edib.
O bildirib ki, son dövrlərdə dərsliklərin rolu əhəmiyyətli dərəcədə dəyişib:
“20-30 il əvvəl indiki şagirdlərin valideynləri orta məktəbdə oxuyanda dərslik yeganə bilik mənbəyi hesab olunurdu. Lakin bu gün dərslik təkcə bilik mənbəyi deyil. Bilik üçün sonsuz mənbələr mövcuddur.
Hazırda dərslik təhsil texnologiyasını özündə əks etdirən resurslardan biridir. Elm və Təhsil Nazirliyində hər fənn üzrə dərslik vahid standartda hazırlanır, amma hər şagirdin qavrama səviyyəsi fərqlidir. Müəllimin rolu isə məhz həmin şagirdə materialı düzgün çatdırmaqdır”.