Azedu.az

Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH

Müəllimlər və elm adamları

11 Fevral 2026, 16:23
Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH

Bütün müəllimlərin dərsliklərə rəy verməsi vacibdir.

AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin rəy verməsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, rəyin yaxşısı pisi olmur:

“Bütün müəllimlərin rəy verməsi vacibdir və sual yaranarsa, ona cavab verilməlidir. Rəy həmişə faydalı olur. Müəllimlər trims.edu.az saytında və ya dərsliklərin 1-ci səhifəsində göstərilən elektron poçt ünvanlarına birbaşa müraciət edə bilərlər.

Qeyd edim ki, həmin ünvanlar birbaşa müəlliflərə və Elm və Təhsil Nazirliyinə göndərilir. Rəylər təhlil edilərək geridönüş edilir. Bütün müəllimlər iştirak edə bilər, məhdudiyyət yoxdur. Rəylərin nə qədər nəzərə alınması isə ayrı məsələdir. Yəni, rəy vermək hüququ hər kəsdə var".

Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər!
Son xəbərlərDaha çox