Azedu.az

8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq

Müəllimlər və elm adamları

5 Fevral 2026, 11:51
8 min musiqi müəllimi attestasiyaya cəlb olunacaq

Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində attestasiya prosesi aparılacaq.

AzEdu.az xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.

Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:

"Yalnız Naxçıvandakı təhsil müəsisəsələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək".

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox