Azedu.az

"Örnək müəllim" beynəlxalq olimpiadada gümüş medal QAZANIB

Müəllimlər və elm adamları

13 Yanvar 2026, 15:48
"Örnək müəllim" beynəlxalq olimpiadada gümüş medal QAZANIB

Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, “Örnək müəllim” Emil Bayramov 10-14 yanvar 2026-cı il tarixlərində Qazaxıstanın Almata şəhərində keçirilmiş VIII Beynəlxalq Müəllimlərarası Fizika Olimpiadasında iştirak edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Emil Bayramov yüksək bilik və peşəkarlıq nümayiş etdirərək gümüş medal qazanıb.

Qeyd edək ki, Emil müəllimin şagirdləri Respublika fənn olimpiadalarında mütəmadi iştirak edərək uğurlu nəticələr əldə etmiş, həmçinin DİM tərəfindən keçirilən qəbul imtahanlarında fizika fənni üzrə yüksək bal toplayaraq məktəbi və rayonun adını layiqincə təmsil ediblər.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox