Azedu.az

Keçən il 359 qadına elmi dərəcə verilib

Müəllimlər və elm adamları

7 Yanvar 2026, 16:17
Keçən il 359 qadına elmi dərəcə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə elmi dərəcə verilmiş qadın və kişi iddiaçıların sayına dair statistik məlumatları açıqlayıb.

AAK-dan AzEdu.az-a bildirilib ki, hesabat dövründə müxtəlif elm sahələri üzrə 322 qadına və 152 kişiyə fəlsəfə doktoru, 37 qadına və 45 kişiyə isə elmlər doktoru elmi dərəcəsi verilib.

Fəlsəfə doktoru elmi dərəcəsi alan qadın iddiaçıların sayı xüsusilə filologiya elmləri (87), biologiya elmləri (43), tibb elmləri (32), texnika elmləri (26) və iqtisad elmləri (34) sahələrində üstünlük təşkil edib. Kişi iddiaçıların sayı isə əsasən iqtisad elmləri (47), texnika elmləri (15), tibb elmləri (14) və filologiya elmləri (11) üzrə qeydə alınıb.

Elmlər doktoru elmi dərəcəsi üzrə qadın iddiaçıların sayı biologiya elmləri (5), tibb elmləri (5), texnika elmləri (5), filologiya elmləri (7) və pedaqogika (5) sahələrində daha çox olub. Kişilər arasında isə texnika elmləri (9), iqtisad elmləri (5), hüquq elmləri (6), filologiya elmləri (5) və biologiya elmləri (3) sahələri üstünlük təşkil edib.

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox