Azedu.az

284 nəfərə fəlsəfə, 37 nəfərə elmlər doktorluğu verilmədi

Müəllimlər və elm adamları

4 Yanvar 2026, 13:15
284 nəfərə fəlsəfə, 37 nəfərə elmlər doktorluğu verilmədi

Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Belə ki, keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib, 284 nəfər isə sözügedən elmi dərəcə ilə bağlı imtina cavabı alıb.

Elmlər doktoru elmi dərəcəsi isə keçən il 82 nəfərə verilib. 2025-ci ildə 37 nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox