Azedu.az

Metodistlər üçün yeni təlim və dəstək modeli tətbiq olunur

Müəllimlər və elm adamları

9 Dekabr 2025, 11:29
Metodistlər üçün yeni təlim və dəstək modeli tətbiq olunur

“Metodist sertifikatı imtahanında yüksək nəticə göstərən müəllimlər seçilir. Bu, ən azı 50 baldan yuxarı nəticə deməkdir”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, prosesə ümumilikdə təxminən 5000 müraciət daxil olub:

"Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər.

Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və onlar müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar. Metodistlər üçün kifayət qədər rəqabətli məvacib də müəyyən olunub".

Hazırda müəllimlərə süni intellektlə bağlı təlimlər və müvafiq dəstək təqdim olunur:

"Məqsəd 2030-cu ilin sonuna qədər ölkənin bütün məktəblərində tam metodik dəstəyin təmin edilməsidir. Bunun üçün zəruri infrastruktur formalaşdırılır və nəticələri zəif olan məktəblərə xüsusi diqqət göstərilir.

Bu il 22 min dərs dinləməsi həyata keçirilib, 12 mindən çox müəllim isə müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak edib".

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
Son xəbərlərDaha çox