Azedu.az

Professor: “Elmin kəmiyyət fabrikinə çevrilməsinə yol vermək olmaz

Müəllimlər və elm adamları

8 Dekabr 2025, 13:43
Professor: “Elmin kəmiyyət fabrikinə çevrilməsinə yol vermək olmaz

"Son dövrdə ölkənin elmi mühitində ciddi narahatlıq doğuran bir tendensiya müşahidə edilir. Elmi dərəcəsi və elmi adı olanlarla birlikdə, buna da sahib olmayan bəzi şəxslərin son bir il ərzində beynəlxalq elmmetrik bazalarda (Scopus, Web of Science və s.) qeyri-real həcmdə – həddindən artıq – məqalə “çap etdirməsi”. Bu artımın təhlili göstərir ki, əksər hallarda bu nəşrlər “Qonaq müəlliflik (guest authorship)”, “Hədiyyə müəlliflik (gift authorship)”, “Müəllifliyin köçürülməsi / satılması (transfer authorship ) kimi qeyri-etik praktikalarla öz adlarını siyahıya salırlar".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professorun sözlərinə görə, Azərbaycan elminin reputasiyasının qorunması bu gün təkcə normativ məsələ deyil, həm də milli elmi təhlükəsizlik məsələsidir:

"Qeyri-etik “məqalə istehsalı” praktikasının möhkəmlənməsi ölkənin beynəlxalq elmi görünürlüyünü zədələyir, gələcək nəsil alimlər üçün yanlış motivasiya yaradır və elm ezrə qurumların institusional mövqeyini çətinləşdirə bilər.Bu fenomen təkcə elmi tədqiqatın keyfiyyətini aşındırmır, həm də elmi nüfuzu reputasiya böhranına sürükləyir. Normal elmi proses illərlə davam edən tədqiqat, metodoloji hazırlıq, hipotez sınaqları, kompleks analizlər tələb edir.

Bunun əksi olaraq heç bir elmi hazırlığı olmayan, doktorantura təlimi keçməyən, ciddi tədqiqat metodologiyası formalaşmamış, şəxsin 12 ayda 10, 15, hətta 20 məqalə “dərc etdirməsi” elmi fəaliyyətin deyil, kommersiya xarakterli məqalə fabrikinə qoşulmanın göstəricisidir. Bu şəxslər elmi nəticə yaratmır,göstərici yaradır, həm də saxta.Belə şəxslərin artması üç böyük təhlükə yaradır:

Birincisi, elmi dərəcənin mənasızlaşması əsl doktorant illərlə araşdırma aparır, metodologiya öyrənir, nəticələrini müdafiə edir.Bu, elmi dərəcəni devalvasiya edən ən ciddi faktordur. İkincisi,tədqiqat keyfiyyəti formal rəqəmlərə qurban verilir. Üçüncüsü isə elmin reputasiya böhranıdır. "Deməli, elmdə heç nə yaratmadan da tədqiqatçı olmaq mümkündür".Bu düşüncə elmi mədəniyyətə zərbə vurur. Belə Şəxslərin “Tədqiqatçı” kimi qəbul edilməsi akademik sorundur.

Bu cür şəxsləri status sahibi etmək, onların göstəricilərini rəsmi hesabatlarda təqdim etmək qəbul edilməzdir.Bu fenomeni dayandırmaq üçün institusional mexanizmlər tələb olunur Elmi Etika Məcəlləsinin qəbulu, məqalə müəllifliyinin yoxlanması üçün audit mexanizmləri, jurnallarda saxta dərc olunan məqalələrin tanınmaması, elm özünü müdafiə etməsə, onu manipulyatorlar “kəmiyyət fabrikinə” çevirəcək".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox