Azedu.az

MİQ sadəcə kadr seçir: “Yüksək bal müəllimlik keyfiyyətini göstərmir”

MİQ

5 Noyabr 2025, 11:49
MİQ sadəcə kadr seçir: “Yüksək bal müəllimlik keyfiyyətini göstərmir”

Son illər Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanıdır. Bu imtahanın məqsədi müəllim peşəsinə qəbul zamanı obyektiv, şəffaf və bilik əsaslı seçim sistemini təmin etməkdir.

Lakin ictimai müzakirələrdə tez-tez belə bir sual səslənir: MİQ imtahanında yüksək bal toplayan şəxs həqiqətən yaxşı müəllim deməkdirmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, MİQ imtahanında yüksək bal toplamaq müəllim olmağın yalnız bir parametridir:

171819

“MİQ imtahanında yüksək bal toplamaq yaxşı müəllim olmaq deməkdirmi? Qətiyyən bu fikirlə razı deyiləm. MİQ imtahanında yüksək bal toplamaq müəllim olmağın bir parametridir, bir səbəbidir. Müəllim - şagird psixologiyasını mükəmməl şəkildə bilən, bu psixologiyanı idarə etməyi bacaran, pedaqogikanın fəlsəfəsini və mahiyyətini əsaslandıra bilən, şəxsiyyət yönümlü təhsili qura bilən şəxsdir".

MİQ imtahanı bu böyük meyarların yalnız müəyyən faizini əhatə edə bilər:

“Ona görə də biz MİQ göstəricilərinə görə bir müəllimi ‘böyük müəllim’ və ya "kiçik müəllim" adlandıra bilmərik. MİQ imtahanının əsas məqsədi müəllim biliklərini ölçmək yox, kadr seçimini sistemləşdirməkdir. Bunun başqa əsası yoxdur və ola da bilməz. Əvvəllər bu ölçmə funksiyasını diaqnostika həyata keçirirdi, lakin diaqnostika aradan qaldırıldı və onun yerini sertifikasiya prosesi aldı. Sertifikasiya isə bu ölçmə funksiyasını yerinə yetirmək gücündədir".

MİQ müsabiqəsi adından da göründüyü kimi işə qəbul prosesi və metodu kimi nəzərdə tutulub:

“Necə ki, dövlət qulluğuna işə qəbulun öz metodikası var, eləcə də MİQ bu istiqamətdə fəaliyyət göstərir. Sadəcə fərq ondadır ki, MİQ imtahanı Dövlət İmtahan Mərkəzi vasitəsilə deyil, birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu, yalnız və yalnız kadr seçimini sistemləşdirmək məqsədi daşıyır”.

MİQ imtahanında yüksək nəticə göstərmək müəllimlik keyfiyyətinə tam zəmanət vermir:

“Bir neçə parametri müəyyənləşdirən bir müsabiqə müəllimin ümumi keyfiyyətini ölçə bilməz. Bu, birmənalı şəkildə belədir. MİQ-in tələblərinin və standartlarının artırılması fikrində deyiləm. Onsuz da MİQ bir neçə mühüm parametri əhatə edir və kifayət qədər çətin mexanizmdir.

Lakin bir müəllimi "müəllim edən" parametrlər o qədər çoxdur ki, onları bir imtahana və ya müsabiqəyə sığdırmaq mümkün deyil".

TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?
Son xəbərlərDaha çox