Azedu.az

MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı

MİQ

11 İyul 2025, 12:45
MİQ-də bu fənn üzrə apellyasiya müraciətləri başladı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ibtidai sinif və musiqi fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

"Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək",- deyə qeyd edilib.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox