2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ikinci mərhələsinin – test imtahanlarının vaxtı hazırda bütün namizədləti düşündürən əsas məsələdir.
 
 Sosial şəbəkələrdə MİQ imtahanlarının nə zaman keçirləcəyinə dair kütləvi suallar verilir.
 
 AzEdu.az-ın əldə etdiyi məlumatına görə, növbəti həftə imtahanların vaxtı və yeri  barədə qeydiyyatdan keçən namizədlərə xəbər veriləcək.
 Xatırladaq ki, MİQ imtahanlarına elektron sənəd qəbulu 22-30 may tarixlərində aparılıb.
 
 Qeyd edək ki, müsabiqə 4 mərhələdən ibarətdir:
 
 - elektron ərizələrin yoxlanılması;
 - test imtahanı;
  - vakant yerlərin seçilməsi;
 - müsahibə.