Azedu.az

İngilis dili və kimya üzrə apellyasiya müraciətlərinin qəbuluna baçlanılır  

MİQ

Təhsil Nazirliyi

19 İyul 2022, 11:06
İngilis dili və kimya üzrə apellyasiya müraciətlərinin qəbuluna baçlanılır  

18 iyul tarixində ingilis dili və kimya fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.

 

AzEdu.az xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. 

 

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox