Azedu.az

Vakansiya seçimində ötənilki nəticələr nəzərə alınacaq?-MİQ narahatlığı

9 Avqust 2021, 14:00
Vakansiya seçimində ötənilki nəticələr nəzərə alınacaq?-MİQ narahatlığı

 

 

 

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

 

 

Müəllimləri narahat edən məsələlərdən biri də vakansiya seçimi mərhələsində ötən il MİQ müsabiqəsinə qatılan namizədlərin iştirak edib-etməyəcəyi ilə bağlıdır.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, hazırkı vakansiya seçimi mərhələlərində cari il keçirilən müsabiqənin test imtahanı mərhələsində müvafiq bal toplamış namizədlər iştirak edə bilərlər.

 

 

Qeyd edək ki, mövcud qaydalara görə, imtahan nəticəsi bir tədris ili ərzində qüvvədə olur.

 

 

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox