Azedu.az

Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal  

17 İyul 2019, 09:25
Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal  

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox