Azedu.az

Mil-Muğan bölgəsində bu qədər məktəbə direktor TƏYİN OLUNUB

Mil-Muğan

21 Noyabr 2025, 10:37
Mil-Muğan bölgəsində bu qədər məktəbə direktor TƏYİN OLUNUB

Ümumi təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması və kadr potensialının gücləndirilməsi məqsədilə yeni direktor təyinatları həyata keçirilib. Cari ilin yanvar-sentyabr ayları ərzində keçirilən müsabiqələrin və seçim mərhələlərinin nəticələrinə əsasən, bir sıra məktəblərə yeni direktorlar təyin olunub.

Maraqlıdır, bu il ümumi təhsil müəssisələrinə (orta məktəblərə) direktor vəzifəsinə neçə nəfər təyin edilib?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq İdarədən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə 23 yeni direktor təyinatı həyata keçirilib:

"Yeni təyinatlar müəllimlər arasında aparılan müsabiqələrin nəticələrinə əsasən təsdiqlənib. Təyinat alan Beyləqan rayonü zrə 7 nəfər, İmişli rayonu üzrə 8 nəfər, Saatlı rayonu üzrə 3 nəfər və Sabirabad rayonu üzrə isə 5 nəfər şəxslər rayonlarının müxtəlif ümumi və tam orta məktəblərində fəaliyyət göstərəcəklər".

Yeni direktor təyinatı olunan məktəblər aşağıdakılardır:

Beyləqan rayonu Birinci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Aqil Budaqov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Birinci Şahsevən kəndi Fazil Miriyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Kəbirli kəndi Eldar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Rauf Həsənov adına Birinci Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi;

Beyləqan rayonu Rəsul Cəfərov adına Əmirzeydli kənd tam orta ümumtəhsil məktəbi;

İmişli şəhəri Əli Səmədov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Muradalılı kənd tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Vaqif Haqverdiyev adına Mürsəlli kənd adına tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Sarıxanlı kəndi Vətən Novruzov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Qafar Babaşov adına Qaravəlili kənd tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Göhərli kənd tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Elçin Heydərov adına Ağaməmmədli kənd tam orta ümumtəhsil məktəbi;

İmişli rayonu Qafar Babaşov adına Qaravəlili kənd tam orta ümumtəhsil məktəbi;

Saatlı rayonu Mirağa Ağayev adına Mustafabəyli kənd tam orta ümumtəhsil məktəbi;

Saatlı rayonu Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbi;

Saatlı rayonu Azadkənd kənd tam orta ümumtəhsil məktəbi;

Sabirabad rayonu Asif Məmmədov adına Osmanlı kənd ümumi orta ümumtəhsil məktəbi;

Sabirabad rayonu Nüsrətəli Almazov adına Qaratuğay kənd tam orta ümumtəhsil məktəbi;

Sabirabad rayonu Tərlan Mirzəyev adına Rüstəmli kənd tam orta ümumtəhsil məktəbi;

Sabirabad rayonu Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta ümumtəhsil məktəbi;

Sabirabad rayonu Afər Ağarəhimov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbi.

Yeni direktorların qarşısında təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb mühitinin sağlamlaşdırılması və innovativ idarəetmə mexanizmlərinin tətbiqi kimi mühüm vəzifələr qoyulub.Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, şəffaf seçim mexanizmləri əsasında aparılan bu təyinatlar regionda təhsilin inkişafına müsbət təsir göstərəcək.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox