AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.
Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10, Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.
Fəaliyyət coğrafiyası Mil-Muğan regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Eyruz Pəsiyev - Beyləqan şəhəri, Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;
2. Vüqar Namazov - Saatlı rayon, M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi;
3. Xanım Allahyarova - Saatlı rayon, Ə. Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi;
4. Mürsəl Behbudlu - Beyləqan rayonu, Hüsaməddin İsmayılov adına Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru və Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Əli Quliyev - Beyləqan rayonu, Dünyamalılar kənd Ə. Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
6. Nardanxanım Nəsirova - İmişli şəhər, N. Nərimanov adına 1 nömrəli məktəb-liseyin fizika müəllimi;
7. Könül Mikayıllı - İmişli şəhər, Ş. Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin İbtidai sinif müəllimi;
8. Günay İbrahimova - İmişli şəhər, A. Eminov adına 7 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi;
9. Selcan Məmmədzadə - İmişli rayonu, Muradxanlı kənd S. Qarayev adına ibtidai məktəbdə ibtidai sinif müəllimi;
10. Tural Zərbəliyev - Sabirabad rayonu Vüqar Quliyev adına Bulaqlı kənd tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi.