Azedu.az

Məktəblərin kompüter və internet təminatı xeyli yaxşılaşıb

Məktəblər

1 Dekabr 2025, 11:43
Məktəblərin kompüter və internet təminatı xeyli yaxşılaşıb

Artıq məktəblərin böyük əksəriyyətində kompüter laboratoriyaları fəaliyyət göstərir və ölkədə 175 məntəqədə müsabiqə imtahanlarının keçirilməsi mümkündür.

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

Nazir müavini vurğulayıb ki, son illərdə məktəblərin kompüter və internetlə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

O əlavə edib ki, artıq beşinci ildir məktəblilər, müəllimlər və valideynlər bir araya gələrək rəqəmsal savadlılıq, innovasiya və yeni texnologiyalar sahəsində müzakirələr aparırlar:

“Məqsəd ölkədə informasiya texnologiyaları, rəqəmsal bacarıqlar və əmək bazarının tələb etdiyi səriştələrə malik mütəxəssislərin yetişdirilməsidir. Əlavə olaraq, insan kapitalının gücləndirilməsi və gənclərin inkişafı ölkənin əsas prioritetlərindəndir”.

H.Həsənli əlavə edib ki, hazırda 600 min şagird informatika ilə yanaşı rəqəmsal bacarıqlar dərslərində iştirak edir.

"Bundan əlavə, 300 mindən çox şagird STEAM mərkəzlərinə cəlb olunub".

Aytac Şirinzadə

Putin dünyanı özünə belə güldürdü - ŞOK SÖZLƏR
Son xəbərlərDaha çox