Azedu.az

Məktəblərdə ilk dəfə rəqəmsal qiymətləndirmə keçirildi

Məktəblər

28 Noyabr 2025, 12:41
Məktəblərdə ilk dəfə rəqəmsal qiymətləndirmə keçirildi

Ümumtəhsil müəssisələrində ilk dəfə elektron (rəqəmsal) formada qiymətləndirmə keçirilib.

AzEdu.az-ın Şirvan-Salyan Təhsil İdarəsindən əldə etdiyi məlumata əsasən, idarənin tabeliyində fəaliyyət göstərən 32 (otuz iki) ümumtəhsil məktəbində Regional Təhsil İdarəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən elektron formada (rəqəmsal) qiymətləndirmənin keçirilməsinə başlanılıb.                                               

Qiymətləndirmənin tədris ili ərzində 3 (üç)dəfə  keçirilməsi nəzərdə tutulmuşdur. Bu prosesə müvafiq siniflər üzrə 8000 nəfərə yaxın şagird cəlb edilməsi nəzərdə tutulub.

Qiymətləndirmə:

IV siniflər – Azərbaycan dili və riyaziyyat
VI siniflər – Azərbaycan dili, təbiət və riyaziyyat
IX siniflər – Azərbaycan dili, riyaziyyat və əsas xarici dil fənni üzrə aparılır.


Qeyd edək ki, elektron qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin tədris prosesində əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək, mövcud gerilikləri vaxtında aşkar etmək, zəruri tədbirlərin görülməsini təmin etmək, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdır.

Abituriyentlərə yeni fənn sürprizi – Buraxılış imtahanında nə dəyişə bilər?
Son xəbərlərDaha çox