Azedu.az

BSQ və KSQ-lərin ləğvi: “Yeni qiymətləndirmə modeli gözlənilir”

Məktəblər

24 Noyabr 2025, 11:27
BSQ və KSQ-lərin ləğvi: “Yeni qiymətləndirmə modeli gözlənilir”

Dərs ilinin müəyyən mərhələsində və ya sonunda şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün summativ qiymətləndirmələr həyata keçirilir.

Bununla onların bilik səviyyəsi, dərs materiallarını mənimsəməsi ölçülmüş olur. Lakin təhsildə islahatlar keçirildiyini nəzərə alsaq, bu qiymətləndirmələrə ehtiyacın olub-olmaması sual doğurur. Hər fənn üzrə bu prosesi daha səmərəli mexanizmlərlə əvəz etmək mümkün olub-olmaması ilə bağlı araşdırma apardıq.

Mövzu ilə bağlə AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə şagirdlərin qiymətləndirmə prosesində alternativ üsulların tətbiqi ilə bağlı mühim məsələlərə toxunub.

172988

“Biz tədris prosesində şagirdlərin qiymətləndirilməsini həyata keçirmək üçün müvafiq üsullardan istifadə etməliyik. Hazırda qərar budur ki, həm formativ, həm də summativ qiymətləndirmələr olsun. Həm fənn kurikulumlarından, həm də şagirdlərin əldə etdikləri bilik və bacarıqları hansı səviyyədə mənimsədiklərini yoxlamaq vacibdir. Əlbəttə ki, ehtiyac var, təkcə bizdə deyil, dünyanın istənilən ölkələrində müxtəlif üsullarla qiymətləndirmələr həyata keçirilir.

2018-ci ildən etibarən bu qiymətləndirmələr azı ildə 3 dəfə, 6 dəfədən çox olmayaraq keçirilir. Söhbət yarımildən gedir. İki yarımildə hər fəndən 6 dəfə summativ qiymətləndirmə aparıldıqda bu, həm şagirdlər, həm də müəllimlər üçün çətinlik yaradır. Ona görə də düşünürəm ki, həm formal qiymətləndirmələri, həm də summativ qiymətləndirmələri tam fərqli üsullarla keçirmək mümkündür. Alternativ qiymətləndirmələr əlbəttə ki, mövcuddur. Bunun üçün müxtəlif beynəlxalq qiymətləndirmələrin tətbiqi daha əlverişli imkanlar yarada bilər.

İndi təhsildə bəzi islahatlar keçirilir. Gözləyirik ki, 2-3 il sonra fərqli qiymətləndirmə üsulları tətbiq olunacaq. Bunun üçün müəyyən zəmin hazırlanır. Alternativ qiymətləndirmələrin tətbiqini yalnız bir neçə ildən sonra görəcəyik. Burada əsas məsələ şagirdlərin bu prosesə yanaşması, fənlər üzrə mövzuları nə dərəcədə mənimsəməsi və bunları qiymətləndirməkdir. Onun əsasında həm yarımillik, həm də illik qiymətlər müəyyənləşdiriləcək".

Aysel Məmmədli

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox